Müxalifət ərazinin bəzi hissələrini nəzarətə götürdü | Suriyadan təcili elan
Noyabrın 30-da səhər saatlarından etibarən Suriyadakı üsyançı qüvvələr ölkənin ikinci ən böyük şəhəri olan Hələbin yarısına nəzarəti ələ keçiriblər.
Bu barədə Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.
Qrupun direktoru Rami Abdel bildirib ki, üsyançılar Hələbin yarısını ciddi müqavimətlə qarşılaşmadan ələ keçiriblər.
Suriyanın Müdafiə Nazirliyi Hələb hücumunda onlarla əsgərin həlak olduğunu bildirib.
Suriyanın hökumət qüvvələri qoşunların Hələbdən müvəqqəti çıxarıldığını elan edib.
Hərbçilər bildiriblər ki, geriçəkilmə əks-hücuma başlamaq üçün əlavə qüvvələr gəlməmişdən əvvəl yenidən qruplaşmaq səylərinin bir hissəsidir.
Onlar həmçinin əlavə ediblər ki, son bir neçə gündə Hələb və İdlibdə üsyançılarla şiddətli döyüşlər zamanı onlarla əsgər ölüb və ya yaralanıb.
#Suriya teqi istifadə olunub
- Qiymət artımı Suriyada genişmiqyaslı etirazlara səbəb oldu - Baku TV CANLI
- “Bizim buna ehtiyacımız var” | Hakan Fidandan çağırış
- Dəməşq ətrafına endirilən zərbələr qarşıdurmanın miqyasını daha da genişləndirir - Baku TV CANLI
- Türkiyə və İsrail Suriyada üz-üzə: İlk toqquşma harada baş verə bilər? - AKTUAL GÜNDƏM
- İsrail və Türkiyə üz-üzə: Suriyada təhlükəli savaş başlayır? - AKTUAL GÜNDƏM
