Pleyeri seçin:

NASA bunu da bacardı | Elmi sirlər bu yolla açılacaq

12 noyabr 2024 294 baxış

“NASA “Habl” kosmik teleskopundan 100 dəfə iti görən, elm adamlarına yadplanetlilərin dünyalarını aşkarlamaq üçün lazımi məlumatlara yetişməyə kömək edən yeni kosmik teleskop buraxmaq üzrədir”.

Bu barədə ABŞ agentliyi məlumat yayıb.

Qurum bildirib ki, yeni nəsil kosmik teleskop olan “Nancy Grace Roman” 2027-ci ilin mayında işə salınacaq və astronomlara qaranlıq enerji, ekzoplanetlər və infraqırmızı astrofizika ilə bağlı elmi sirləri açmağa imkan verəcək.

NASA-ya görə yeni kosmik teleskop həm də astronomlara yaşayış üçün əlverişli planetlər axtarmağa imkan verəcək gələcək texnologiyalara doğru atılan əsas addım kimi görünür.

Missiyanın bir hissəsi gələcək teleskopların yerəbənzər planetləri aşkar etməsinə kömək etmək üçün həlledici ola biləcək “Roman Koronaqraf” sistemini sınaqdan keçirməkdir.

“Olduğumuz yerdən olmaq istədiyimiz yerə çatmaq məqsədilə bu texnologiyanı nümayiş etdirmək üçün bizə “Roman Coronagraph” lazımdır. Biz öyrəndiyimiz dərsləri NASA-nın yerəbənzər planetlərin axtarışı üçün xüsusi olaraq hazırlanacaq qabaqcıl missiyalarının növbəti nəslinə tətbiq edəcəyik”, – kosmik teleskop layihəsinin iştirakçısı Rob Zellem deyib.

Qeyd olunur ki, alimlər hazırda uzaq günəşlər ətrafında fırlanan planetləri aşkarlamaqla məşğuldurlar. Başqa sözlə, “Roman Coronagraph”ı elm adamlarına yadplanetli aləmlərin axtarışında yeni bir imkan yaradır.

Yeni teleskop həm də ulduzlarından 100 milyon dəfə zəif olan planetləri mövcud kosmik koronaqraflardan 100-1000 dəfə daha yaxşı aşkar etmək üçün nəzərdə tutulub.

Rusiya ilə münasibətlər Çinlə əlaqələri sual altına alır? | “Politico”dan şərh

Rusiya ilə münasibətlər Çinlə əlaqələri sual altına alır? | “Politico”dan şərh

Dünya
18 mart 2026 294 baxış
ABŞ Prezidenti səbirsizliklə gözlədiyi görüşün vaxtını dəyişdi - Baku TV CANLI

ABŞ Prezidenti səbirsizliklə gözlədiyi görüşün vaxtını dəyişdi - Baku TV CANLI

Dünya
18 mart 2026 294 baxış
USAID-in Ukrayna üçün ayırdığı milyardların ödənilməsi zamanı pozuntular aşkarlandı

USAID-in Ukrayna üçün ayırdığı milyardların ödənilməsi zamanı pozuntular aşkarlandı

Dünya
18 mart 2026 294 baxış
Orbandan Rusiya-Ukrayna müharibəsi ilə bağlı sensasiya

Orbandan Rusiya-Ukrayna müharibəsi ilə bağlı sensasiya

Dünya
18 mart 2026 294 baxış
Zirvəni fərh etmək istəyən alpinistlər hansı şərtə əməl etməlidir?

Zirvəni fərh etmək istəyən alpinistlər hansı şərtə əməl etməlidir?

Dünya
18 mart 2026 294 baxış
Cütlüklər arasında emosional uzaqlaşmanın şokedici səbəbi məlum oldu

Cütlüklər arasında emosional uzaqlaşmanın şokedici səbəbi məlum oldu

Dünya
18 mart 2026 294 baxış
Bunkerlərin tikintisi neçə min avroya başa gəlir?

Bunkerlərin tikintisi neçə min avroya başa gəlir?

Dünya
18 mart 2026 294 baxış
Katolikos-Patriarx II İliya vəfat etdi

Katolikos-Patriarx II İliya vəfat etdi

Dünya
18 mart 2026 294 baxış
Nümunələrdə titan elementinin miqdarı normadan çox olub

Nümunələrdə titan elementinin miqdarı normadan çox olub

Dünya
18 mart 2026 294 baxış
SEPAH hərbi vəziyyət elan etdi: tabe olmayanlara qarşı xəbərdarlıqsız atəş əmri verildi?

SEPAH hərbi vəziyyət elan etdi: tabe olmayanlara qarşı xəbərdarlıqsız atəş əmri verildi?

Dünya
18 mart 2026 294 baxış
Seçilmişlər
icon