Rusiya ilə münasibətlər Çinlə əlaqələri sual altına alır? | “Politico”dan şərh
ABŞ Prezidenti Donald Tramp administrasiyası Rusiya ilə münasibətlərin yaxınlaşdırılmasını Çinlə rəqabətdə strateji addım kimi qiymətləndirir.
"Politico" xəbər verir ki, Vaşinqton Moskvanı Ukraynadakı münaqişəni dayandırmağa təşviq etməklə onun iqtisadi artımına və ABŞ investisiyalarının cəlb olunmasına şərait yaratmaq niyyətindədir.
Nəşrə danışan və adının açıqlanmasını istəməyən Tramp administrasiyasının nümayəndəsi bildirib ki, Rusiya ilə daha sıx yaxınlaşma Çinə qarşı yeni güc balansı yarada və bu, çox sərfəli ola bilər.
Məlumata görə, bu cür yanaşma Ukraynada narahatlıq doğursa da, ABŞ administrasiyasının əsas geosiyasi təhlükə kimi Çini gördüyünü göstərir.
Qeyd edək ki, daha əvvəl Çin və ABŞ arasında ticarət məsələləri üzrə ilkin razılaşmanın əldə olunduğu bildirilmişdi. Həmçinin Trampın Çinə planlaşdırılan səfərinin və Çin sədri Si Cinpinlə görüşünün təxirə salındığı barədə məlumat yayılmışdı.
#Donald Tramp teqi istifadə olunub
- ABŞ Prezidenti səbirsizliklə gözlədiyi görüşün vaxtını dəyişdi - Baku TV CANLI
- Hörmüz məsələsi aranı get-gedə qarışdırır | Kallas Trampdan şikayətləndi - Baku TV
- Trampdan sensasiyalı açıqlama! | Hansı ölkələr ABŞ-yə dəstək verəcək? - Baku TV
- "ABŞ cəmiyyəti buna görə iki hissəyə bölünüb" | Trampın bundan sonrakı qərarı nə olacaq? - Baku TV
- Davosda sensasiya: ABŞ və Fransa liderləri arasında nə yaşanır? - Baku TV CANLI
