Pleyeri seçin:

Nikol Paşinyan II Qaregin və erməni kilsəsi ilə bağlı planını açıqladı

21 aprel 2026 496 baxış

“Bütün ermənilərin katolikosu II Qaregin vəzifəsindən kənarlaşdırılmalıdır”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir bildirib ki, Erməni Apostol Kilsəsi vergi ödəməlidir, din xadimləri vergi orqanlarına bəyannamə təqdim etməlidir:

“Dəyəryönümlü dini həyatın təmin edilməsi üçün Erməni Apostol Kilsəsində islahatlar həyati zərurətdir. Son onilliklərdə kilsənin faktiki rəhbərliyinin fəaliyyəti nəticəsində inanclılar böyük ölçüdə kilsədən uzaqlaşıblar və bu proses davam edir. Bu, həm də mənəvi təhlükəsizlik məsələsidir, çünki xarici qüvvələrə kilsəni Ermənistanın müstəqilliyi və suverenliyinə qarşı hibrid mübarizə alətinə çevirmək imkanı yaradır.

Hakim “Vətəndaş Müqaviləsi” Partiyası kilsədə islahatların gündəliyini dəstəkləyir və aşağıdakı yol xəritəsini qəbul edir:

Kilsənin faktiki rəhbərinin (II Qaregin) vəzifədən uzaqlaşdırılması;
Müəyyən olunmuş qaydada müvəqqəti katolikosun seçilməsi;
Kilsə nizamnaməsinin qəbul edilməsi;
Müəyyən olunmuş qaydada bütün ermənilərin katolikosunun seçilməsi.

“Vətəndaş Müqaviləsi” Partiyası və hökumət din xadimlərini dövlətin sosial təminat sisteminə daxil etmək üçün addımlar atacaq. Həmçinin partiya bütün vətəndaşların dini etiqad azadlığına hörmət etdiyini vurğulayır və bildirir ki, Ermənistan dünyəvi dövlətdir, Konstitusiyaya əsasən dini təşkilatlar dövlətdən ayrıdır. Kilsədə islahatlar gündəliyi onu siyasətdən uzaqlaşdırmaqla konstitusion quruluşun tam bərpasına xidmət edir”.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 496 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 496 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 496 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 496 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 496 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 496 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 496 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 496 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 496 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 496 baxış
Seçilmişlər
icon