Nikol Paşinyan öz musiqi qrupunu yaratdı | Hayları bu tarixdə coşduracaq - Baku TV
Ermənistanın 60 yaşlı Baş naziri Nikol Paşinyan öz musiqi qrupunu yaratdığını elan edib.
O, özünün “Facebook” səhifəsində qrupun loqosunu və adını “Varçabend” olaraq paylaşıb. Ad ermənicə “premyer” və ingiliscə “band” sözlərinin ilk iki hecasından əmələ gəlib.
Nikol Paşinyan qrupun ilk çıxışının yanyarın 30-da İrəvanda baş tutacağını açıqlayıb. O, konsertin keçiriləcəyi yerin təfərrüatlarının daha sonra açıqlanacağını və əvvəlcədən qeydiyyatdan keçməklə iştirakın mümkün olacağını bildirib.
Qeyd edək ki, Nikol Paşinyanın musiqiyə marağı ötən il nəzərə çarpmağa başlayıb. 2025-ci ilin avqust ayında media onun və həyat yoldaşı Anna Akopyanın musiqi alətlərini, xüsusən də gitara və nağara çalmağı öyrənməyə başladığını bildirib. Daha sonra Baş nazir dəfələrlə sosial mediada nağara çalarkən çəkilən videolarını paylaşıb.
#Nikol Paşinyan teqi istifadə olunub
- Azərbaycan niyə Ermənistana məhkumları təhvil verdi? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI
- Trampdan Azərbaycan və Ermənistan liderləri ilə bağlı açıqlama - Baku TV
- Paşinyan Azərbaycan-Ermənistan münasibətlərindən danışdı - Baku TV
- Ölkələrdə inflyasiya üzrə vəziyyət | Azərbaycanın artan geosiyasi rolu | BİZDƏN NƏ DANIŞIRLAR?
- Sədərək-Yerasx xətti açılarsa, nə baş verəcək? - Baku TV
