Pleyeri seçin:

Nikol Paşinyanla Anna Akopyan ayrıldı? - Baku TV

27 fevral 2026 467 baxış

Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan Nikol Paşinyanla münasibətlərinə son qoyduğunu bildirib.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Anna Akopyan bildirib ki, daha əvvəl sosial şəbəkələrdə yayılan vətəndaş nikahının başa çatması haqqında məlumat məhz onların birgə həyatının bitməsini nəzərdə tuturdu. O, sosial şəbəkə hesabında paylaşım edərək N.Paşinyanla nikahlarının başa çatdığını və bu gün hökumət iqamətgahını tərk edəcəyini deyib.

A.Akopyanın sözlərinə görə, bundan sonra o, kirayə mənzildə yaşayacaq, çünki aldığı ev hələ tikinti prosesindədir. Yaşayış xərclərinə gəlincə isə onun hesabında 5 milyon dram, təxminən 13,3 min dollar qalır.

A.Akopyan vurğulayıb ki, “Mənim addımım” Fondunda işini davam etdirmək istərdi.

Ermənistan Baş naziri Nikol Paşinyan da Anna Akopyanla münasibətlərinin pozulmasını şərh edib. O öz şərhini “Facebook” sosial şəbəkəsində yazıb.

“Mən Annanın qərarına hörmətlə yanaşıram. Son 30 il ərzində bütün çətin günlərimdə o mənim yanımda olub, dayağım və dəstəyim olub. Əmin deyiləm ki, mən də Anna üçün eyni olmuşam. Ola bilsin ki, ona daha çox acı yaşatmışam, bunun üçün üzr istəyirəm”, – deyə N.Paşinyan yazıb.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 467 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 467 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 467 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 467 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 467 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 467 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 467 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 467 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 467 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 467 baxış
Seçilmişlər
icon