Pleyeri seçin:
Norveçlilərə xəbərdarlıq: casus balinadan uzaq durun
Norveç Balıqçılıq İdarəsi vətəndaşlardan “Rusiyanın casus balinası”ndan uzaq durmalarını xahiş edib.
“Beluqa balinaları ilə təmasdan çəkinin. Rusiyanın casusu olan balina Oslo Fyord körfəzinin daxili hissəsində yaşayır”, – deyə Norveç Balıqçılıq İdarəsinin rəhbəri Franka Bakke - Yensena vətəndaşlara müraciətində qeyd edib. O, həmçinin qayıqlardan istifadə edən şəxslərdən son dərəcə diqqətli olmalarını xahiş edib.
Məlumata görə, “Xvaldimir” ləqəbli balina Rusiyadan üzüb gəlib. Belə ki, 2019-cu ilin yazında norveçli balıqçılar kamera quraşdırılması üçün yerləri olan xüsusi hazırlanmış kəmər taxılmış ağ balina görüblər. Kəmərin üzərində isə Sankt-Peterburqdan olan bir şirkətin loqosu olub.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- Ermənistan bankları rusiyalılara niyə xidmət göstərməkdən imtina edir? - Baku TV CANLI
- Layihə ABŞ ilə Rusiyanın yaxınlaşmasında mühüm rol oynaya bilər
- Viktor Orban Avropa ölkələrinə xəbərdarlıq edib
- Rusiya prezidentinə göndərilən qeyri-adi hədiyyə gündəm oldu - Baku TV
- Məktəbdə qan tökən 9-cu sinif şagirdi barədə təcili xəbər
