Nüvə müharibəsi: Cənubi Koreya və ABŞ təlimlərə başladı
“Koreya Xalq Demokratik Respublikası öz məqsədlərinə çatmaq üçün nüvə silahından istifadə edə bilər”.
Bunu Cənubi Koreya Respublikasının Prezidenti Yun Sok Yol bəyan edib.
O həmçinin vurğulayıb ki, KXDR-dən artan təhlükə fonunda Cənubi Koreya, ABŞ və Yaponiya arasında üçtərəfli əməkdaşlıq gücləndiriləcək.
Yeri gəlmişkən, Cənubi Koreya Respublikası və ABŞ hərbi qulluqçuları “Ulchi Freedom Shield” adlı birgə təlimlərə başlayıblar. Avqustun 31-dək davam edəcək təlimlər real müharibə şəraitinə uyğun aparılır.
Təlimdə 30-a yaxın birgə səhra təliminin keçirilməsi nəzərdə tutulur ki, bu da ötən illə müqayisədə 21 vahid çoxdur.
Bundan əlavə, təlimlərdə Avstraliya, Böyük Britaniya, Kanada, Tayland, Filippin və Fransa nümayəndələrinin iştirakı gözlənilir.