Çox təhlükələr var | Putin Rusiya mediasına müsahibə verdi
Rusiya Prezidenti Vladimir Putin yerli mətbuata müsahibə verib.
Bir çox nüanslara toxunan Prezident bildirib ki, Rusiya ABŞ və digər Qərb ölkələri ilə münasibətləri normallaşdırmağa hazırdır. V.Putin Rusiya-ABŞ münasibətlərinin bərpası barədə danışarkən söyləyib ki, istək olsa, hər şey mümkündür.
Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə çox şey dəyişir, yalnız maraqlar dəyişməz qalır. V.Putin Rusiyanın rəqiblərinin vəziyyəti gərginləşdirdiyini, lakin onları Üçüncü Dünya müharibəsi ilə qorxutmağa ehtiyac olmadığını da əlavə edib.
“Biz görürük ki, çox təhlükələr var, onlar artır və düşmənimiz vəziyyəti gərginləşdirir, eskalasiyanı gücləndirir”, – deyə V.Putin bildirib.
Rusiya Prezidenti rəqiblərinin gec-tez kompromisə gələcəyinə ümidvar olduğunu vurğulayıb.
“Biz bu kompromisləri axtarmağa hazırıq, lakin bu, maraqlarımıza ziyan vurmamalıdır”, – deyə V.Putin əlavə edib.