Şimali Sudanın unudulan xəzinəsi | Maraqlı faktlar aşkarlandı
Piramida deyəndə Misir yada düşür.
Lakin dünyanın ən böyük piramida kolleksiyası, əslində, başqa, daha az ziyarət edilən ölkəyə – Sudana məxsusdur.
Misirdə tapılanlardan daha kiçik olan Sudan piramidaları qədim Kuşi krallığının hökmdarları tərəfindən tikilib.
Onlar Qədim Misiri idarə edərək Qara Fironlar kimi tanınan padşahlar sülaləsini yaradıblar. Kuşilər Misir üzərində nəzarəti itirdikdən sonra Nubia bölgəsində məskunlaşıblar. Qədim şəhərin nekropolunda eramızdan əvvəl III əsrə aid 200-ə yaxın piramida tapılıb.
Sudanda 1950-ci illərdən bəri davam edən münaqişələr, yaşanan çoxsaylı vətəndaş müharibələri nəticəsində turizmə və tarixi abidələrə böyük ziyan dəyib.
Misir piramidaları hər il milyonlarla ziyarətçi qəbul edərək dünyanın ən hörmətli və qorunan qədim möcüzələri arasında öz layiqli yerini tutarkən Nubiadakı piramidalar diqqətdən kənarda qalıb və unudulub.