Pleyeri seçin:

Nyu-Yorkda 25 il əvvəl baş vermiş dəhşət | Faciə nəticəsində 3000 nəfər həlak olub - Baku TV

11 sentyabr 2026 182 baxış

2001-ci il sentyabrın 11-də ABŞ-də silsilə terror aktları törədilib. Həmin faciədən artıq 25 il ötür. Faciə nəticəsində təxminən üç min insan həlak olub.

Rəsmi məlumata əsasən, həmin gün səhər saatlarında "Boeing 767" tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına, "Boeing 757" tipli üçüncü təyyarə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin binasına çırpılıb. "Boeing 757" tipli dördüncü təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə yerə düşüb. Həmin təyyarələrin terrorçu-kamikadzelər tərəfindən qaçırıldığı bildirilib.

Terror aktı nəticəsində Nyu-York şəhərinə dəyən zərərin ümumi həcmi 36 milyard dollar təşkil edib. "Əkiz qüllələr"in dağıntılarının təmizlənməsi isə səkkiz aydan çox vaxt aparıb. Pentaqonun binasının dağılmış qərb hissəsi 2002-ci ilin sentyabr ayında bərpa olunub.

11 sentyabr terroru "Əl-Qaidə" lideri Usama bin Laden tərəfindən təşkil edilib.

Ümumilikdə, 11 sentyabr 2001-ci ildə ABŞ-nin müxtəlif bölgələrində törədilən terror aktları nəticəsində Nyu-York, Vaşinqton, Pensilvaniya və Şanksvil ətrafında 2977 nəfər öldürülüb.

İlkin hücumlar və qüllələrin dağılması zamanı həlak olanlardan 343 nəfəri Nyu-York şəhərinin yanğınsöndürənləri, 23 nəfəri Nyu-York şəhər polis işçiləri və 37 nəfəri liman zabitləri olub.

Banner
İran və ABŞ arasında hərbi əməliyyatlar yenidən başlaya bilərmi? - Baku TV

İran və ABŞ arasında hərbi əməliyyatlar yenidən başlaya bilərmi? - Baku TV

Dünya
02 noyabr 2026 182 baxış
Nəsillərin savaşı: Gənclər hakimiyyətlərdən nə istəyir? - AKTUAL GÜNDƏM

Nəsillərin savaşı: Gənclər hakimiyyətlərdən nə istəyir? - AKTUAL GÜNDƏM

Dünya
02 noyabr 2026 182 baxış
Ərdoğanın təklifi Rusiya-Ukrayna müharibəsinə necə təsir edəcək? - Baku TV

Ərdoğanın təklifi Rusiya-Ukrayna müharibəsinə necə təsir edəcək? - Baku TV

Dünya
02 noyabr 2026 182 baxış
Dəməşq təhlükəsizlik təminatları axtarır

Dəməşq təhlükəsizlik təminatları axtarır

Dünya
02 noyabr 2026 182 baxış
İran müharibədən hansı hərbi dərsləri çıxarıb?

İran müharibədən hansı hərbi dərsləri çıxarıb?

Dünya
02 noyabr 2026 182 baxış
Zelenski Kiyevin işğal olunmuş əraziləri tanıyıb-tanımayacağına cavab verib

Zelenski Kiyevin işğal olunmuş əraziləri tanıyıb-tanımayacağına cavab verib

Dünya
02 noyabr 2026 182 baxış
Müharibənin 1713-cü günü: Ukrayna Rusiyanın itkilərini belə hesablayır - Baku TV CANLI

Müharibənin 1713-cü günü: Ukrayna Rusiyanın itkilərini belə hesablayır - Baku TV CANLI

Dünya
02 noyabr 2026 182 baxış
Si Cinpin üçtərəfli sammitin keçirilməsini istəmir

Si Cinpin üçtərəfli sammitin keçirilməsini istəmir

Dünya
02 noyabr 2026 182 baxış
Tramp imkan olsaydı, yenidən namizədliyini irəli sürəcəyini bildirib

Tramp imkan olsaydı, yenidən namizədliyini irəli sürəcəyini bildirib

Dünya
02 noyabr 2026 182 baxış
Rubio ərzaq ticarətindən siyasi təzyiq kimi istifadənin yolverilməz olduğunu bildirib

Rubio ərzaq ticarətindən siyasi təzyiq kimi istifadənin yolverilməz olduğunu bildirib

Dünya
02 noyabr 2026 182 baxış
Seçilmişlər
icon