Obyektin diametri 1500 km-ə qədər dəyişir
Yeniliklərdən dərhal xəbərdar olun
Çilidə yerləşən teleskopdan istifadə edən alimlər Plutonun ətrafında fırlanan buzlu cisim aşkar ediblər.
Yeni kəşf edilən kosmik obyekt Günəş sistemimizin cırtdan planetlər siyahısına qoşula bilər.
Tədqiqatçılar bildiriblər ki, “2026 ED138” adlı namizədin diametri təxminən 600 ilə 1500 km arasındadır və Günəşdən Yerə olan məsafədən 46 dəfə uzaqda fırlanır.
Müqayisə üçün bildirək ki, Pluton Günəşdən Yerə olan məsafədən orta hesabla təxminən 40 dəfə uzaqda yerləşir. Kosmik obyekt Serro Paçon dağının zirvəsində yerləşən yeni rəsədxana vasitəsilə aşkar edilib. Obyektin cırtdan planet olduğunu təsdiqləmək üçün əlavə müşahidələr aparılmalıdır.
Bu fakt təsdiqlənərsə, “2026 ED138” səma cisimlərini təsnif edən qlobal orqan olan Beynəlxalq Astronomiya Birliyi tərəfindən tanınan digər beş cırtdan planetə qoşulacaq. Bu siyahıya Neptundan kənarda orbitdə olan Pluton, Eris, Haumea və Makemake və Mars ilə Yupiter arasındakı əsas asteroid qurşağında yerləşən Serera daxildir.
Mövcud məlumatlara əsasən, “2026 ED138” ən böyük cırtdan planetlərdən biri olacaq.
