Rusiya-ABŞ-Ukrayna üçtərəfli görüşü ilə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların bərpası ilə bağlı qərar Kiyevin yaxın günlərdəki addımları və Rusiyada Milli Birlik Günü ilə əlaqədar keçiriləcək tədbirlər zamanı Ukrayna Ordusunun mümkün hücumları nəzərə alınmaqla veriləcək.
Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya mediasına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Moskva üçtərəfli danışıqların bərpası barədə qərarı Rusiyada noyabrın 4-də qeyd olunan Milli Birlik Günündən sonra elan edəcəyini bildirib.
“Milli Birlik Günü bizim bayramımızdır və biz üçtərəfli danışıqların bərpasını bayramımızdan sonra elan edəcəyimizi demişdik. Aydındır ki, danışıqlar bundan əvvəl deyil, yalnız bundan sonra baş tutacaq”, – deyə Uşakov qeyd edib.
O həmçinin vurğulayıb ki, Milli Birlik Günü ilə əlaqədar Rusiyada çoxsaylı tədbirlərin keçirilməsi planlaşdırılır.
Uşakov əlavə edib ki, Rusiya hələlik danışıqların bərpasını rəsmən elan etməyib.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Kiyev Moskvanın BMT Təhlükəsizlik Şurasındakı mövqeyini dəyişmək istəyir
- Zelenski Rusiyanın hücumuna cavab olaraq uzaqmənzilli zərbələri sürətləndirməyə davam edəcəyini bildirib
- Niderland Ukraynaya 1,7 milyard avroluq yardım paketi ayıracaq
- Ukraynaya ayrılan 10 milyardlıq yardımın 7 milyardı iqtisadi yardıma, 3 milyardı silah tədarükünə gedəcək
- "Putindən başqa hamı sülh istəyir" | Rusiya bu zəngə sevinir, yoxsa...? - Baku TV
