Pleyeri seçin:

Oftalmoloq gözlərlə bağlı bu problemin səbəbini açıqladı

20 aprel 2026 419 baxış

"Çiçəkləmə dövründə göz xəstəlikləri daha da şiddətlənir".

Bu barədə rusiyalı oftalmoloq Aygül Otxozoriya yerli mediaya bildirib.

Mütəxəssisin fikrincə, tozlanma dövrünün ən aktiv vaxtında açıq havada olarkən tozcuqlar birbaşa gözün səthinə təmas edir. Bu isə qaşınma, qızarma və sulanmanı şiddətləndirə bilər. Bu səbəbdən imkan daxilində pəncərələri bağlı saxlamaq və küçəyə çıxarkən eynəkdən istifadə etmək vacibdir.

Oftalmoloq bildirib ki, yaz aylarında ən çox müşahidə olunan problemlərdən biri allergik konyunktivitdir. Sözügedən xəstəlik qaşınma, qızartı, göz qapaqlarında şişkinlik və intensiv sulanma ilə xarakterizə olunur. Eyni zamanda burun axıntısı və asqırma da müşahidə oluna bilər.

Həkim əlavə edib ki, bahar aylarında viral konyunktivitə yoluxma halları da artır. Çox vaxt allergiya ilə səhv salınan bu xəstəlik tamamilə fərqli müalicə üsulu tələb edir. Qorunmaq üçün əllərin təmizliyinə diqqət yetirmək və fərdi gigiyena vasitələrindən istifadə etmək tövsiyə olunur.

İltihabi prosesin təkcə selikli qişanı deyil, həmçinin buynuz qişanı da zədələdiyi keratokonyunktivit kimi təhlükəli hallara da diqqət çəkilib.

"Bu xəstəlik kəskin işığa həssaslıq və ağrılar yarada, vaxtında müdaxilə olunmadıqda isə ciddi fəsadlara səbəb ola bilər. Allergik reaksiyaların güclü fotofobiya və ya ağrı ilə müşayiət olunması ağırlaşma təhlükəsi daşıdığından mütləq şəkildə dərhal oftalmoloq müayinəsi tələb olunur", – deyə ekspert xəbərdarlıq edib.

Kopyalandı
Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 419 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 419 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 419 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 419 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 419 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 419 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 419 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 419 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 419 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 419 baxış
Seçilmişlər
icon