Omandakı İran və ABŞ danışıqlarından sonra faciə yaşandı | Qurumlar təcili hərəkətə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
İranın cənubundakı Bəndər Abbas şəhərində Şəhid Rəcai Limanının əsas ofisində güclü partlayış baş verib. Hadisə nəticəsində xəsarətalanların sayı 406 nəfərə çatıb.
Bu barədə ölkənin xəbər agentlikləri məlumat verib.
Ölənlərin sayının hələ ki məlum olmadığı bildirilib.
Qeyd edək ki, partlayış Omanda keçirilən İranın nüvə proqramı üzrə ABŞ-İran danışıqlarının üçüncü raundu başladıqdan az sonra baş verib. Hələlik hadisənin səbəbləri ilə bağlı rəsmi məlumat yoxdur.
Yerli Böhranlı Vəziyyətləri İdarəetmə Departamentinin nümayəndəsi dövlət televiziyasına bildirib ki, insident limanın estakadası ərazisində saxlanılan bir neçə konteynerin partlaması nəticəsində baş verib.
“Hazırda təxliyə işləri aparır və yaralıları tibb mərkəzlərinə çatdırırıq”, – deyə o əlavə edib.
#İran teqi istifadə olunub
- İranın intensiv diplomatiyası regionda gərginliyi azalda biləcəkmi? - Baku TV CANLI
- Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI
- Vaşinqton və Tehran arasında buzlar əriyir?
- Tramp Tehranla təmasların məzmunu barədə ətraflı məlumat verməyib
- Müctəba Xamenei Putinə hərbi müraciət edib? - Moskva Tehrana nə deyəcək? - Baku TV CANLI
