Dünya
Pleyeri seçin:
Onlar bizim gücümüzü zəif bilirlər | Seyid Əli Xameneidən İsrailə sərt mesaj
“İlk dəfədir ki, İsrail Ordusu açıq şəkildə İrana hücum edir. Onlar İlam, Xuzistan və Tehran əyalətlərindəki hərbi bazaları hədəf alıb”.
Bu barədə İranın Ali Rəhbəri Seyid Əli Xamenei bildirib.
“İsrail səhv bir addıma imza atdı. Təbii ki, bu hücumu bilərəkdən şişirdillər. Onların şişirtmələri yanlışdır, amma nəzərə alın ki, bunu azaltmaq da düz olmaz. Sionist rejimi dağılmalıdır. Onlar İranla bağlı səhv hesablamadan əziyyət çəkirlər. Bizim gücümüzü zəif bilirlər. İranı, onun gənclərini, xalqını tanımırlar. Hələ İranın gücünü, qabiliyyətini, yaradıcılığını və iradəsini dərk etmirlər. İran rəsmiləri İranın qüdrətini və qabiliyyətini ən yaxşı şəkildə necə göstərəcəklərinə qərar verməlidirlər”, – o qeyd edib.
Kopyalandı
Seçilmişlər