Onlar hərbi qüvvə kimi mövcud deyil | İsrailin Müdafiə nazirindən təcili açıqlama
İsrail Müdafiə Qüvvələri ölkəsinə 7 oktyabr 2023-cü il tarixindəki hücumda birbaşa iştirak edən 3 yüksəkrütbəli HƏMAS rəsmisinin öldürüldüyünü açıqlayıb.
Məlumata görə, vurulanlar arasında HƏMAS-ın Qəzza zolağındakı hava bölmələrinin rəhbəri Samer İsmail Xadr Abu Dakka, hərbi kəşfiyyat qərargahında müşahidə və hədəfləmə şöbəsinin rəhbəri Usama Tabiş, həmçinin radikal hərəkatın digər yüksəkrütbəli rəsmisi Ayman Mabxux da var. Sözügedən terrorçular son vaxtlar da İsraildə terror aktları həyata keçirməyə cəhd ediblər.
İsrailin müdafiə naziri Yoav Qallant isə Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsində girovların azad edilməsinə dair sazişi dəstəklədiyini deyib.
O həmçinin qeyd edib ki, 11 aydan çox davam edən müharibədən sonra HƏMAS artıq Qəzzada hərbi birləşmə kimi mövcudluğunu dayandırıb.