"Onlar qəhvə içən kimi İranda hər şey bahalaşır" | İranlı deputat
“Tramp Netanyahuya “gəl bir qəhvə içək” deyən kimi, İranda qəfil valyutanın qiymətləri qalxır. Netanyahu bir söz deyir, qiymətlər yenə artır”.
Bunu İran parlamentinin İqtisadi Komitəsinin üzvü Fatimə Maqsudi ölkədə davam edən etiraz aksiyaları ilə bağlı danışarkən bildirib.
“İndi konkret olaraq nə baş verdi ki, ötən həftədən bu günə qədər qızıl sikkənin qiyməti bu qədər artıb? Hansı konkret iqtisadi hadisə olub? Heç nə baş verməyib. Müharibə ehtimalı hissi artdıqca qiymətlər yüksəlir və ya bir xəbərin yayılması ilə bazar dalğalanır. Bu dalğalanmaların isə mahiyyət etibarilə iqtisadi məsələlərlə birbaşa əlaqəsi yoxdur.
Netanyahu bir söz deyir, qiymətlər qalxır. Hətta bəzən digər məsul şəxslərin bir cümləsi də bazara təsir edir. Fikrimcə, hazırda müşahidə etdiyimiz bu vəziyyət ölkənin real iqtisadi göstəricilərindən daha çox siyasi mühit və siyasi dairələrlə bağlıdır”, – iranlı deputat qeyd edib.
#İran teqi istifadə olunub
- Pezeşkian qonşu ölkələrdən razı qaldığını açıqladı | Mühüm detalları təqdim etdi - Baku TV
- Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan saziş imzaladı - Baku TV
- Hörmüz boğazında qaydalar sərtləşir | Yeni sənəd hansı dəyişiklikləri gətirəcək? - Baku TV CANLI
- Ceyms Devid Vensdən İranla danışıqlar barədə açıqlama
- Pezeşkian ölkədə iqtisadi vəziyyətin onu ciddi şəkildə narahat etdiyini açıqladı - Baku TV
