Onların kökünü kəsmək üçün birgə işləməliyik | Ərdoğandan mesaj
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin Türkiyəyə gözlənilən səfəri çərçivəsində Suriya lideri Bəşər Əsədlə mümkün görüşə razılaşıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Suriya ilə bağlı yeni prosesə başlaya bilərik. Putin və Əsədi dəvət edə bilərik. Putin Türkiyəyə səfər edərsə, bu, yeni prosesin başlanğıcı ola bilər. Suriyada daimi həll mexanizmi yaratmalıdır”, – o bildirib.
R.T.Ərdoğan qeyd edib ki, infrastrukturu dağıdılan və əhalisi səpələnmiş Suriyanın ayağa qalxması üçün qeyri-sabitliyə son qoyulması vacibdir.
Türkiyə Prezidenti vurğulayıb ki, terrorçular Türkiyə ilə Suriya hökuməti arasında əlaqələrin bərpasından narahatdırlar:
“Türkiyə əvvəlki kimi yeni əhatəli konstitusiyaya malik birləşmiş Suriyanın müdafiəsini davam etdirir. Suriyanın gələcəyi naminə terror qruplarının kökünü kəsmək üçün birgə çalışmaq vacibdir”.