Orban Brüsselin hərbi planına qarşı hərəkətə keçir
Yeniliklərdən dərhal xəbərdar olun
Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqını (Aİ) qitəni müharibəyə sürükləməkdə ittiham edərək, "Brüsselin hərbi planı" adlandırdığı təşəbbüsə qarşı imza kampaniyasına start verib. Orban öz "Facebook" səhifəsində yaydığı bəyanatda, Kopenhagen şəhərində təqdim olunan bu planın mahiyyətini açıqlayıb: "Avropa ödəyir, ukraynalılar döyüşür", nəticədə Rusiyanın tükənəcəyi gözlənilir. Lakin Baş nazir bu planın nə qədər davam edəcəyinin və hansı xərclər tələb edəcəyinin məlum olmadığını vurğulayıb. Avropanı "isti payız" gözlədiyini bildirən Orban, Macarıstanın bu cür planlara qəti şəkildə qarşı olduğunu ifadə edib. O, ölkə vətəndaşlarını "Macarlar müharibə istəmir" mesajını çatdırmaq üçün bu gün başlayan, bütün şəhər və kəndləri əhatə edəcək imza toplama kampaniyasına qoşulmağa çağırıb.
#Macarıstan teqi istifadə olunub
- Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI
- Macarıstan və ABŞ arasında əməkdaşlıq sazişləri əldə olunub
- Bekeşçabada keçirilən kolbasa festivalında minlərlə iştirakçı ənənəvi resept uğrunda yarışıb
- Macarıstanın əsas şərti Avropa İttifaqını çıxılmaz vəziyyətə salacaq? - Baku TV CANLI
- Balıq hovuzlarının suyundan quraqlığa qarşı mübarizədə istifadə olunur
