Pleyeri seçin:

Orban Trampın iqamətgahında | Baş nazirdən sabiq prezidentə çağırış

12 iyul 2024 290 baxış

Vaşinqtonda keçirilən NATO-nun 75 illiyinə həsr olunmuş sammitdən sonra Macarıstanın Baş naziri Viktor Orban ABŞ-nin sabiq prezidenti Donald Trampla onun Floridada yerləşən iqamətgahında bir araya gəlib.

Görüş zamanı D.Trampın yenidən seçiləcəyini düşündüyünü deyən Macarıstanın hökumət rəhbəri hazırkı prezident Cozef Baydenin məğlub olma ehtimalının çox yüksək olduğunu vurğulayıb.

O, “sülh missiyası 5.0” adlandırdığı səfər çərçivəsində "Biz sülh əldə etməyin yollarını müzakirə etdik. Günün xəbəri isə budur ki, D.Tramp bunu edəcək!" paylaşımını edib.

Görüşlə bağlı xarici mediaya açıqlama verən Baş nazir sabiq ABŞ liderinin hər şeyə fərqli yanaşması ilə seçildiyini və öz üzərində çalışan bir insan olduğunu deyib:

"O, sülh adamıdır. Dörd illik səlahiyyəti müddətində o, heç bir müharibə başlatmadı və dünyanın bir çox ərazilərində gərginliyi aradan qaldırmaq üçün əlindən gələni etdi. Bizim hörmət qazanmış və sülh gətirə bilən liderlərə ehtiyacımız var. D.Tramp onlardan biridir! Geri qayıdın və yenidən regiona sülh gətirin, cənab Prezident”.

Bu arada Donald Tramp da öz növbəsində V.Orbana təşəkkür edərək sülhün vaxtının yetişdiyini deyib.

Məlumat üçün bildirək ki, Macarıstanın Baş naziri 2016-cı ildə də Donald Trampın prezidentliyə namizədliyini dəstəkləyən ilk və yeganə Avropa İttifaqı lideri olub.

Onu da qeyd edək ki, Viktor Orban Rusiyayönümlü fikirlərinə görə Avropada tez-tez tənqidə məruz qalsa da, Donald Trampın tərəfdarları və ABŞ-li mühafizəkarlar arasında olduqca populyar simadır. 

NATO sərhədində kritik hadisə: kəşfiyyat dronu tapıldı - Baku TV CANLI

NATO sərhədində kritik hadisə: kəşfiyyat dronu tapıldı - Baku TV CANLI

Dünya
10 may 2026 290 baxış
Moskvanın dəniz dronu layihəsi niyə uğursuz oldu?

Moskvanın dəniz dronu layihəsi niyə uğursuz oldu?

Dünya
10 may 2026 290 baxış
İran yeni müharibə ssenarisini işə salır | Bölgədə gərginlik artır - Baku TV CANLI

İran yeni müharibə ssenarisini işə salır | Bölgədə gərginlik artır - Baku TV CANLI

Dünya
10 may 2026 290 baxış
Hörmüz boğazının bağlanması qlobal kimya sənayesini sarsıtdı

Hörmüz boğazının bağlanması qlobal kimya sənayesini sarsıtdı

Dünya
10 may 2026 290 baxış
Qəzzada öldürülən fələstinlilərin sayı 72 736 nəfərə çatıb

Qəzzada öldürülən fələstinlilərin sayı 72 736 nəfərə çatıb

Dünya
10 may 2026 290 baxış
ABŞ-Yaponiya əlaqələri Nyu-York şəhərində xüsusi coşqu ilə qeyd edilib

ABŞ-Yaponiya əlaqələri Nyu-York şəhərində xüsusi coşqu ilə qeyd edilib

Dünya
10 may 2026 290 baxış
Bu su hövzəsinin rəngi niyə belədir?

Bu su hövzəsinin rəngi niyə belədir?

Dünya
10 may 2026 290 baxış
Vladimir Putin: "Faydalı "boşanma" yolu ilə gedəcəyik"

Vladimir Putin: "Faydalı "boşanma" yolu ilə gedəcəyik"

Dünya
10 may 2026 290 baxış
İspaniyadakı gül festivalından görüntülər

İspaniyadakı gül festivalından görüntülər

Dünya
10 may 2026 290 baxış
İsraildə Netanyahu hökumətinə qarşı mitinq keçirilib

İsraildə Netanyahu hökumətinə qarşı mitinq keçirilib

Dünya
10 may 2026 290 baxış
Seçilmişlər
icon