Pleyeri seçin:
Pakistanda "Taliban"ın dəstəklədiyi terrorçular zərərsizləşdirildi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistanla Əfqanıstan arasında 48 saatlıq atəşkəs qüvvədədir. Buna baxmayaraq “Fitnə əl Xəvaric” kimi tanınan “Təkriki-Taliban” qruplaşması terror aktı törədib.
Partlayıcı quraşdırılan avtomobil Pakistan Ordusunun hərbi məntəqəsinə çırpılıb. “Reuters”in məlumatına görə, Pakistan əsgərlərindən bəziləri ölüb.
“Geo TV” isə xəbər yayıb ki, hərbi məntəqəyə daxil olmaq istəyən 3 terrorçu zərərsizləşdirilib. Daha bir kamikadze avtomobilin partlaması nəticəsində ölüb. İnsident Şimali Vəziristanda qeydə alınıb.
Bajaurda isə yüz kiloqram partlayıcı olan avtomobil raketlə məhv edilib. Partlayıcılar Əfqanıstandan qaçaqmalçılıq yolu ilə Pakistana keçirilib. Datta Kheldə isə 6 terrorçu məhv edilib.
Kopyalandı
#Pakistan teqi istifadə olunub
- Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV
- Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının sazişi parlamentə təqdim ediləcək - Baku TV
- Pakistanda etirazlara qarşı sərt tədbirlər | İslamabad ətrafına onminlərlə qüvvə toplandı - Baku TV
- İmran Xan tərəfdarları etiraz aksiyalarına başlayıblar | Pakistanda nə baş verir? - Baku TV CANLI
- Hərbçilər etirazların baş verdiyi ərazilərdə təhlükəsizliyi qorumağa çalışacaq
