Pakistanın Baş naziri xalqa müraciət etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Düşmən səbəbsiz müharibə başlamağa cəhd göstərdi, lakin biz layiqli cavab verdik”.
Bunu Pakistanın Baş naziri Şahbaz Şərif xalqa müraciətində bildirib.
O, Hindistanla yaşanan son qarşıdurma barədə danışıb.
Baş nazir Hindistanın təcavüzünə layiqli cavab verildiyini, düşmənə məxsus hərbi bazaların və təyyarələrin vurulduğunu diqqətə çatdırıb:
“Biz bu qarşıdurmada qalib gəldik. Hərbçilərimiz Hindistanın aqressiyasına yüksək peşəkarlıqla cavab verərək onu danışıqlar masasına oturmağa məcbur etdi. Pakistan xalqı birlik, qətiyyət və şərəf nümayiş etdirdi. Pakistan dünyaya aydın şəkildə göstərdi ki, biz suveren və qürurlu bir dövlətik, əgər kimsə bizim suverenliyimizə təcavüz edərsə, biz cavab verməyə qadirik. Hindistanın müasir qırıcıları bizim “Şahinlər” qarşısında aciz qaldı”.
Hindistanın hərəkətlərini açıq təcavüz kimi xarakterizə edən Pakistanın Baş naziri sonda ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və Türkiyə liderlərinə təşəkkürünü ifadə edib, xüsusilə Çinin rolunu qeyd edib.
#Pakistan teqi istifadə olunub
- Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV
- Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının sazişi parlamentə təqdim ediləcək - Baku TV
- Pakistanda etirazlara qarşı sərt tədbirlər | İslamabad ətrafına onminlərlə qüvvə toplandı - Baku TV
- İmran Xan tərəfdarları etiraz aksiyalarına başlayıblar | Pakistanda nə baş verir? - Baku TV CANLI
- Hərbçilər etirazların baş verdiyi ərazilərdə təhlükəsizliyi qorumağa çalışacaq
