Paris Kiyevə hərbi dəstəyi artırır | Makron və Zelenski bu mövzuda razılaşdı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna və Fransa qabaqcıl müdafiə avadanlıqları və raketlərin tədarükünü sürətləndirmək barədə razılığa gəliblər. Paris həmçinin onların istehsalı üçün lisenziyalar verməyə və Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə kömək etməyə hazırdır.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında bildirib.
Emmanuel Makronla təxminən 2 saatlıq söhbətinin nəticələrindən danışan Zelenski qeyd edib ki, əsas mövzu Ukraynanın Hava Hücumundan Müdafiə sistemlərinə olan ehtiyacının qarşılanması olub.
Zelenski fransalı həmkarını Rusiyanın son hücumları ilə bağlı məlumatlandırıb və insan itkisi ilə bağlı başsağlığına görə ona təşəkkür edib.
Tərəflər həmçinin Ukraynanın müdafiəsinin maliyyə ehtiyaclarını müzakirə edib və ikitərəfli müdafiə müqavilələri barədə razılığa gəliblər.
Xatırladaq ki, Ukrayna tərəfdaşları ilə birlikdə qış dövrü başlamazdan əvvəl hava hücumundan müdafiə avadanlıqlarına olan ehtiyacı təcili olaraq ödəməyin yollarını axtarır.
Xüsusilə Almaniya Ukraynanın “Patriot” Hava Hücumundan Müdafiə sistemləri üçün raketlərlə yardım göstərməklə bağlı Avropa müttəfiqləri və Amerika Birləşmiş Ştatları ilə fəal danışıqlar aparır.
#Ukrayna teqi istifadə olunub
- Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək
- Putin danışıqların Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib
- Özəl sektor və birgə investisiyalar ön plana çıxıb | Hansı layihələr reallaşa bilər? - Baku TV
- Kiyev mümkün razılaşmalarla bağlı rəsmi təkliflərini ABŞ tərəfinə təqdim etdi - Baku TV CANLI
- Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib
