Pleyeri seçin:
Parisdə işləyən 12 diplomat ölkədən qovuldu | Makrondan sərt addım
Fransa cavab tədbirləri qismində Əlcəzairin Parisdəki səfirliyində işləyən 12 diplomatı ölkədən çıxarır.
Bu barədə Yelisey sarayının yaydığı bəyanatda bildirilir.
Bundan başqa, Fransa Prezidenti Emmanuel Makron ölkənin Əlcəzairdəki səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.
Xatırladaq ki, daha əvvəl Əlcəzair Fransa səfirliyinin 12 əməkdaşına ölkəni tərk etməkdən ötrü 48 saat vermişdi.
İki ölkə arasında münasibətlər Paris prokurorluğunun üç Əlcəzair vətəndaşına qarşı ağır cinayətlərdə ittiham irəli sürməsi ilə gərginləşib. Onlardan biri Əlcəzairin Fransadakı konsulluğunda işləyir.
Kopyalandı
#Fransa teqi istifadə olunub
- Makrondan Putinlə bağlı sensasiyalı açıqlama
- “Meta” Fransada hərbi çevrilişlə bağlı saxta videonu silməkdən imtina edib
- Xəstəliklə bağlı iribuynuzlu heyvanların kütləvi kəsiminə qərar verilib
- ABŞ-nin gizli strategiyası Fransada qalmaqal yaratdı - Baku TV
- Rusiyadan Ukraynaya növbəti hücum | Sənaye mərkəzi vuruldu - Baku TV
