Pleyeri seçin:

Paşinyan arvadını bu ölkəyə niyə apara bilmir?

29 avqust 2025 428 baxış

Ermənistan Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanı Yaponiya hökumətinin etirazı səbəbindən bu ölkəyə aparmayacaq.

Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Baş nazir avqustun 31-dən sentyabrın 1-dək Çində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində, sentyabrın 3-də isə Çinin Yaponiya üzərində qələbəsinin 80-ci ildönümünə həsr olunmuş hərbi paradda iştirak edəcək.

Nəşr yazmışdı ki, N.Paşinyan xanımı ilə birlikdə Çindən birbaşa Yaponiyaya gedəcək. Amma onların Çində hərbi paradda iştirakı Yaponiyada xoşagəlməz hal kimi qarşılanıb. Xüsusilə Anna Akopyanın səfərdə iştirakı ilə bağlı çaşqınlıq ifadə olunub.

Baş nazirin mətbuat xidməti təsdiqləyib ki, Nikol Paşinyan sentyabrın 4-dən 2 günlük işgüzar səfərlə Yaponiyada olacaq. Amma Annasız...

“Anna Akopyan ərini Yaponiyaya səfərində müşayiət etməyəcək, regiona səfəri Çinlə başa çatacaq. Başqa sözlə, əldə etdiyimiz məlumat təsdiqlənib ki, Tokio N.Paşinyanın Yaponiyaya səfərinə əngəl törətməyə çalışıb və onun Çinin Yaponiya üzərində qələbəsinin 80-ci ildönümünə həsr olunmuş paradda iştirak etdikdən sonra “məğlub Yaponiya”ya səfər birmənalı qarşılanmayıb.

Əslində, bunlar Anna Akopyanın səfərinə etiraz olaraq ifadə olunub. Əldə etdiyimiz məlumata görə, etirazlar onların nikahının olmaması ilə bağlıdır. Yapon tərəfi birbaşa soruşub ki, Anna Akopyan kimdir, Ermənistanın Baş nazirini hansı əsasla müşayiət edir? Bizə bildirilib ki, Nikol Paşinyanı hansısa anket doldurmağa məcbur ediblər. O ana qədər səfərin baş tutub-tutmayacağı bəlli olmayıb. Amma Nikol Paşinyan səfərin baş tutması üçün əlindən gələni edib”, – nəşr yazıb.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 428 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 428 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 428 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 428 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 428 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 428 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 428 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 428 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 428 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 428 baxış
Seçilmişlər
icon