Paşinyan bu şəxsləri mükafatlandıracaq | Üstü açılan cinayətin təfərrüatı
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistanın dövlətçiliyinə, eləcə də ölkənin təhlükəsizliyi və sabitliyinə qarşı yönəlmiş cinayət hüquq-mühafizə orqanları tərəfindən ifşa edilib və bu orqanların əməkdaşları dövlət mükafatlarına təqdim olunmalıdır”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclası zamanı deyib.
“Dövlətçiliyimizə, Ermənistanın təhlükəsizliyinə və sabitliyinə qarşı cinayətin üstü açılıb. Təbii ki, bu planın həyata keçirilməsinin qarşısı alınıb. Mən hüquq-mühafizə orqanlarımızın bütün nümayəndələrinə təşəkkür etmək istəyirəm”, – Paşinyan qeyd edib.
O həmçinin Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla bu planın açılmasında fəal iştirak edən hüquq-mühafizə orqanlarının bütün əməkdaşlarına dövlət mükafatlarının təqdim edilməsi məsələsini müzakirə etdiyini bildirib.
Erməni mediası yazır ki, məhkəmə hakimiyyəti ələ keçirməyə cəhdlə bağlı iş adamı Tiqran Qalstyan və Hrayr Akopyanı iki ay müddətinə həbs edib. Onlar müxalif “Müqəddəs Mübarizə” hərəkatının tərəfdarlarıdır.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
