Pleyeri seçin:
Paşinyan Ermənistanda saxlanılan azərbaycanlı hərbçi barədə danışdı - Baku TV
Ermənistanın Baş naziri Nikol Paşinyan azərbaycanlı hərbçi Nəsimi Musayevin ən azı bir müddət Ermənistanda qalacağını bildirib.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Paşinyanın sözlərinə görə, Nəsimi Musayevlə bağlı cinayət işi üzrə prosedurlar Ermənistanda aparılacaq və o, hazırda həbsdədir.
Qeyd edək ki, Nəsimi Musayev oktyabrın 1-də Ermənistanda, Zəngəzurun Şəki kəndində saxlanılıb. Ermənistan mətbuatının məlumatına görə, onun barəsində bir neçə maddə üzrə cinayət işi başlanıb və məhkəmə iki aylıq həbs qətimkan tədbiri seçib.
Kopyalandı
