Paşinyan ətrafını təmizləyir | Məmurlar vəzifədən uzaqlaşdırılır
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan komandasında kadr təmizləməsi həyata keçirmək qərarına gəlib.
Bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, Baş nazir hakim partiya – “Mülki müqavilə"nin üzvü olmayan, onun ideyalarını bölüşməyən və ya bitərəf qalmağa cürət edən bütün məmurları, hətta yüksək rütbəli şəxsləri də mümkün qədər tez işdən uzaqlaşdırmağı tapşırıb.
Sözügedən təmizləmə işləri səhiyyə, idman, təhsil, o cümlədən orta məktəblər və uşaq bağçalarını da əhatə edir.
Qeyd edək ki, Ermənistan mediasında son günlərdə 11 uşaq bağçasının direktorunun işdən azad edilməsi barədə məlumatlar paylaşılıb.
Xəbərə görə, kütləvi işdən qovulmaların əsas səbəbi rəhbər şəxslərin hakim partiyanın maraqlarına xidmət etməmələri olub.
#Ermənistan teqi istifadə olunub
- Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV
- Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV
- Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Ermənistanın mina terroru Böyük Qayıdış prosesinə necə mane olur? - Baku TV
- Naxçıvana açılan yol və regional əlaqələri | İrəvan hansı addımı atdı? - Baku TV
