Paşinyan görün kimlərdən üzr istədi | Ermənistana səs salan hadisə
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan erməni apostol kilsəsinin ruhanilərinə ünvanlanan ifadələrə görə üzr istəyib.
Müvafiq mesaj Baş nazirin "Facebook" sosial şəbəkəsində dərc edilib.
"Korrupsiyanın qarşısının alınması üzrə komissiya mənim çıxışımda iki məlum epizodda davranış qaydalarının pozulmasını qeyd edib. Baxmayaraq ki, bəzi məqamlarla tam razı deyiləm, üzr istəyirəm", ‒ Paşinyan yazıb.
Bundan əvvəl komissiya Paşinyan tərəfindən məmurların davranış kodeksini pozduğu qənaətinə gəlib. Təhqiqat Paşinyanın Erməni Apostol Kilsəsinin ruhaniləri haqqında xoşagəlməz şərhlərin yer aldığı paylaşımından sonra başlayıb.
Baş nazirin açıqlamaları linqvistik ekspertizadan keçirilib və müəyyən edilib ki, Paşinyanın paylaşımı söz seçimi baxımından kobud və ədəbsiz məna çalarlarına malikdir.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
