Pleyeri seçin:
Paşinyan insanların həmrəylik görmək istədiyini bildirib
Ermənistan Baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının digər siyasi qüvvələrlə əməkdaşlıq edəcəyini bildirib.
Nikol Paşinyan bu barədə “Infocom” nəşrinə müsahibəsində danışıb.
Baş nazirdən “Vətəndaş müqaviləsi”nin “Güclü Ermənistan” partiyası və ya “Ermənistan” bloku ilə əməkdaşlığının mümkün olub-olmadığı soruşulub. Paşinyan belə əməkdaşlığı istisna etməyib.
O qeyd edib ki, müəyyən hallarda müxtəlif siyasi qüvvələr arasında həmrəyliyə tələbatı seçicilərin özləri formalaşdırırlar. “İnsanlar siyasi mübarizənin müəyyən mərhələsində həmrəylik görmək istəyirlər. Bu həmrəyliyin müəllifləri də onlardır. Bu vəziyyəti onlar yaradırlar”, – deyə N.Paşinyan bildirib.
Kopyalandı
