Paşinyan onların sonunu gətirmək üçün hərəkətə keçdi | Bu dəfə hədəflər...
“Ermənistanın keçmiş hakimiyyətlərinin nümayəndələri talanla ələ keçirdiklərini yavaş-yavaş qaytaracaqlar”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Başqa variant yoxdur: heç yana qaça bilməyəcəklər. Dediyim kimi, bir dənə də olsun balıq və siçan sürüşüb aradan çıxa bilməyəcək. Artıq qaça bilmirlər, buna görə səs-küy salırlar, nizamsız hərəkətlər edirlər”, ‒ Baş nazir vurğulayıb.
Paşinyan əlavə edib ki, onların hakimiyyəti dövründə qeyri-qanuni yola mənimsənilən bəzi əmlaklar artıq geri qaytarılıb:
“Bundan sonra qanunsuz mülkiyyətdən danışarkən onun kimə məxsus olduğu göstəriləcək. Mən bunu hər dəfə vurğulayacağam. Biz nəinki mülkləri, həm də bunlarla əlaqəli insanları öz adları ilə çağıracağıq ki, yanlış şərhlər olmasın”.
#Ermənistan teqi istifadə olunub
- Azərbaycan vasitəsilə Rusiyadan Ermənistana nələr yollanıldı? - Baku TV
- Ermənistanın son etdikləri Rusiyanı özündən çıxardı - Baku TV CANLI
- ABŞ ilə İran arasındakı proses Xəzəryanı dövlətlərə necə təsir edəcək? - BİZDƏN NƏ DANIŞIRLAR?
- Ermənistanda seçkilərin nəticələrinin ləğvi ilə bağlı müraciətə baxılacaq - Baku TV CANLI
- İrəvan müdafiə adı altında hansı ssenariyə hazırlaşır? | Fransa ilə şübhəli ittifaq - HƏRBİ XRONİKA
