Paşinyan "Facebook" hesabında xarici siyasətindən nələr yazdı?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan yenə öz “Facebook” hesabını “vacib işlər” gördüyünü nümayiş etdirmək üçün tribunaya çevirib.
O, öz sosial şəbəkə hesabında “Ermənistan Respublikasının balanslaşdırılmış xarici siyasətinin kulminasiya nöqtəsinə çatmaq astanasında” olduğunu yazıb.
Paşinyan qonşu dövlətlərlə, eləcə də dünyanın böyük dövlətləri ilə əlaqələrini inkişaf etdirdiyindən, Ermənistanın İranla indi daha sıx təmasda olduğundan, bunun da hər iki ölkə arasında siyasi sabitliyə yol açdığından bəhs edib.
Həmçinin Gürcüstanla da yaxşı münasibətdə olduğunu dilə gətirən Paşinyan Türkiyə ilə də qarşılıqlı anlaşmanın formalaşdığına eyham vurub.
Azərbaycanla münasibətlərə gəlincə isə Ermənistanın Baş naziri yazır: “Ermənistan Respublikası bütün məsələlərə konstruktiv həll yolları təklif edib. Bu, regionda eskalasiyanı təhrik edə biləcək bütün cəhdlərin uğursuzluğa düçar olmasına gətirib çıxardı”.
Baş nazir Rusiya ilə olan münasibətlərindən söz açaraq qeyd edib ki, rəsmi İrəvan ilə Moskva arasında vəziyyət həmişəkindən daha praktikdir. İndi biz emosional deyil, diqqətimizi konkret məsələlərə yönəltmişik. Bu münasibətləri qarşılıqlı faydalı əməkdaşlıq və suverenlik əsasında inkişaf etdirməyə çalışırıq.
Sonda o, Ermənistanın Fransa, Avropa İttifaqı, Hindistan və Çinlə olan yaxşı münasibətlərindən yazıb.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
