Paşinyandan erməni məmurlarla bağlı təsdiq | Siyasət davam edir
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda Baş nazir Nikol Paşinyanın yüksək vəzifəli məmurların işdən çıxarılması qərarı siyasi dairələrdə rezonans doğurub.
Bu barədə “Hraparak” məlumat yayıb.
Nəşr yazır ki, beş yüksək vəzifəli məmur gecə ikən telefonlarına gələn SMS-dən şoka düşüblər:
“Sosial şəbəkələrdə zarafatla yazdılar ki, spirtli içki aşiqi olan Nikol Paşinyan yəqin ki, çoxlu şərab içib və sərxoş vəziyyətdə məmurlara SMS göndərib. Amma səhər ayılacaq və məmurlar üçün hər şey yaxşı olacaq. Lakin səhər saatlarında N.Paşinyan məmurların istefaya göndərildiyini təsdiqlədi”.
“Hraparak” qeyd edib ki, Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan da eyni siyasəti yürüdüb:
“Serj 2016-cı ilin aprel müharibəsindən sonra təmizləmə apardı. Sentyabrda baş nazir Ovik Abramyanı vəzifəsindən azad etdi. Daha sonra nəqliyyat və rabitə naziri Qagik Xaçatryan, müdafiə naziri Seyran Ohanyan və başqa məmurlar işdən çıxarıldı. S.Sarkisyan sistemli dəyişikliklər aparacağını elan etdi. Sonrası isə hamıya məlumdur”.
Qeyd edək ki, Ermənistanın infrastruktur naziri Qmel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan, daxili işlər naziri Vahe Kazaryan və İstintaq Komitəsinin rəhbəri Argişti Kərəmyan istefa ərizəsi yazıb. Daha sonra onlara Ermənistan Ali Məhkəmə Şurasının sədri də qoşulub.
#Ermənistan teqi istifadə olunub
- Ara yenidən qarışdı: Paşinyanın hansı qərarı Moskvanı narahat edir? - Baku TV CANLI
- İranın Ali Rəhbərinin müşaviri Ermənistanın TRIPP layihəsində iştirakına etiraz edib - Baku TV CANLI
- Qovulan azərbaycanlıların kəndindən qalan məscid | Xələcdə üzə çıxan tarixi tapıntı - Baku TV
- Tarixi sənədlərdə Xələc kəndi ilə bağlı hansı məlumatlar yer alır? - Baku TV
- Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib
