Paşinyanın arvadının görün kimlərlə səmimi görüntüləri yayıldı
Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan “qanuni oğru” Arsen Mkrtçyanın ailə üzvləri ilə görüşüb.
Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr yazıb ki, Nikol Paşinyan cinayətkar aləmə qarşı mübarizə görüntüsü yaratdığı bir vaxtda, onun ailə üzvləri kriminal avtoritetlər və “qanuni oğrular”ın ailələri ilə yaxınlıq edir.
“Bir neçə gün öncə Anna Akopyanla keçirilən növbəti pullu şam yeməyində “qanuni oğru” “Arsen Yerevanski” ləqəbi ilə tanınan Arsen Mkrtçyanın həyat yoldaşı və qızı da iştirak ediblər. Onlar İrəvanda “Nayek aqjikner” mağazasını idarə edirlər.
İnternetdə həmçinin müxtəlif digər məclislər və tədbirlərdən çoxsaylı fotolar yayılıb. Həmin fotolarda “qanuni oğru”nun həyat yoldaşı, qızı və Paşinyanın qızları bir yerdə görünürlər. Məlumata görə, son dövrlərdə onlar çox yaxınlaşıblar”, ‒ deyə nəşr qeyd edib.
#Ermənistan teqi istifadə olunub
- Almaniyanın Cənubi Qafqaz siyasətində qəribə ritorika: Paşinyanın mükafatlandırılmasının pərdəarxası
- Brüssel İrəvanın Avropa bazarına çıxışını asanlaşdıracaq güzəştləri təsdiqləyib - ANA XƏBƏR
- "Sülh körpüsü"ndə ilk böyük çat: Bakı niyə görüşü təxirə saldı? - AKTUAL GÜNDƏM
- Rusiya Ermənistanın xarici siyasətində nəyi dəyişmək istəyir? - Baku TV CANLI
- Ermənistan və İran arasında ABŞ-də vacib görüş: Tərəflər nələri müzakirə etdi? - Baku TV
