Pasxa atəşkəsini tam atəşkəsə çevirməyi təklif etmişik | Zelenski
Ukraynanın “Pasxa atəşkəsi”nin uzadılması ilə bağlı təklifi hələ də qüvvədədir. Bununla bağlı danışıqlar aparmaq üçün Rusiya tərəfindən ciddiyyət tələb olunur.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, Xarkov və Zaporojye avizərbələrə məruz qalıb. Nəticədə yaşayış binalarına ziyan dəyib. Hazırda bölgədə xilasetmə işləri davam edir.
“Təkcə bu hücum nəticəsində 20-dən çox insan yaralanıb, onlardan dördü uşaqdır. Təəssüf ki, bir nəfər də həlak olub. Ailəsinə və yaxınlarına başsağlığı verirəm. Rusiya dronları həmçinin Odessaya hücum edib.
Bundan başqa, Sumı, Xarkov, Donetsk və cənub vilayətləri atəşə tutulmaqda davam edir”, ‒ ukraynalı lider qeyd edib.
Zelenskinin sözlərinə görə, rəsmi Kiyev “Pasxa atəşkəsi”ni tam atəşkəsə çevirməyi təklif edib və hazırda Rusiyadan cavab gözləyir.
Ukrayna Prezidenti Londonda baş tutacaq görüşdən də söz açıb. Bildirib ki, Qərb ölkələrinin rəsmiləri ilə keçiriləcək tədbirdə Ukraynanı təmsil edən nümayəndə heyətinə tam və ya qismən atəşkəs məsələlərini müzakirə etmək səlahiyyəti verilib.
O əlavə edib ki, Ukrayna istənilən formatda sülh danışıqlarına başlamağa hazırdır, lakin Rusiya ilə döyüşlər dayandırıldıqdan sonra.
O, ərazi bütövlüyü, təhlükəsizlik zəmanətləri və Ukraynanın NATO-ya üzvlüyü kimi kompleks mövzuların müzakirə üçün əsas məsələ olacağını vurğulayıb.
#Volodimir Zelenski teqi istifadə olunub
- Zelenski seçkinin 2 amildən asılı olduğunu deyib
- Zelenskidən ABŞ-Ukrayna danışıqları barədə açıqlama - Baku TV CANLI
- Özbəkistan nümayəndə heyəti Şuşada | Putin son sözünü dedi | Paşinyandan açıqlama - YENİ BİR SƏHƏR
- “Vəsait olmasa, dron istehsalını azaltmalı olacağıq” | Volodimir Zelenski
- Rusiyadan Ukrayna üçün pulun alınması mexanizmi - Baku TV
