Pleyeri seçin:

Pentaqon şokda: Amerikalı təlimatçı Çin qırıcılarını ABŞ-yə qarşı hazırlayırmış

26 fevral 2026 187 baxış

ABŞ və Çin arasında hərbi-texnoloji rəqabətin pik həddə çatdığı bir vaxtda Pentaqonu sarsıdan xəyanət faktı üzə çıxıb. ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş pilotu və 5-ci nəsil “F-35” qırıcılarının təlimatçısı olmuş Cerald Eddi Braun Çin hərbi pilotlarına gizli təlimlər keçdiyi üçün Federal Təhqiqat Bürosu (FTB) tərəfindən həbs edilib.

ABŞ Ədliyyə Nazirliyinin yaydığı rəsmi press-relizdə bildirilir ki, ABŞ vətəndaşı olan Cerald Braun İndiana ştatının Ceffersonvill şəhərində saxlanılıb. O, ABŞ Dövlət Departamentindən xüsusi icazə almadan Çin Xalq Azadlıq Ordusunun pilotlarına peşəkar hərbi xidmətlər göstərməkdə və ABŞ-nin taktiki hava döyüşü sirlərini Pekinə ötürməkdə ittiham olunur.

İstintaqın məlumatına görə, keçmiş “F-35” təlimatçısı Çin pilotlarını hazırlamağa hələ 2023-cü ildə başlayıb və bu fəaliyyət 2026-cı ilin əvvəlinə qədər davam edib. Bu müddət ərzində Braunun Çin tərəfindən böyük məbləğdə pul mükafatı aldığı və ABŞ-nin ən müasir qırıcılarının manevr imkanları, zəif tərəfləri və döyüş taktikaları barədə məlumatları bölüşdüyü ehtimal olunur.

Bu gün – 26 fevral 2026-cı ildə İndiana ştatında Cerald Braunun ilk məhkəmə iclası keçiriləcək. Prokurorluq onun milli təhlükəsizliyə ağır zərbə vurduğunu və ABŞ Ordusunun texnoloji üstünlüyünü riskə atdığını iddia edir. Braunu ömürlük həbs cəzası gözləyə bilər.

Volodimir Zelenski Almaniya Kansleri ilə görüşdə nələri müzakirə etdi?

Volodimir Zelenski Almaniya Kansleri ilə görüşdə nələri müzakirə etdi?

Dünya
14 aprel 2026 187 baxış
Zelenskidən sərt sözlər | "Onların bizə ehtiyacı var" - Baku TV

Zelenskidən sərt sözlər | "Onların bizə ehtiyacı var" - Baku TV

Dünya
14 aprel 2026 187 baxış
Məsud Pezeşkian 6 ölkənin mövqeyini dəstəkləyib

Məsud Pezeşkian 6 ölkənin mövqeyini dəstəkləyib

Dünya
14 aprel 2026 187 baxış
ABŞ və İran arasında növbəti raund həlledici ola bilər - Baku TV

ABŞ və İran arasında növbəti raund həlledici ola bilər - Baku TV

Dünya
14 aprel 2026 187 baxış
Makron Tramp və Pezeşkiana çağırış etdi

Makron Tramp və Pezeşkiana çağırış etdi

Dünya
14 aprel 2026 187 baxış
İspaniya və Çin arasında vacib görüş

İspaniya və Çin arasında vacib görüş

Dünya
14 aprel 2026 187 baxış
Pezeşkiandan ABŞ-yə sərt cavab | "Onlar bunu qəbul etmək istəmirlər" - ANA XƏBƏR

Pezeşkiandan ABŞ-yə sərt cavab | "Onlar bunu qəbul etmək istəmirlər" - ANA XƏBƏR

Dünya
14 aprel 2026 187 baxış
“Yeni cəbhələr açılacaq” | Məhəmməd Möhbər 

“Yeni cəbhələr açılacaq” | Məhəmməd Möhbər 

Dünya
14 aprel 2026 187 baxış
Rusiya neftindən imtina ediləcək? | Peskovdan ABŞ ilə bağlı açıqlama

Rusiya neftindən imtina ediləcək? | Peskovdan ABŞ ilə bağlı açıqlama

Dünya
14 aprel 2026 187 baxış
Aləmi bir-birinə vuran həmlə | İranı misli görünməmiş plan gözləyir? - Baku TV

Aləmi bir-birinə vuran həmlə | İranı misli görünməmiş plan gözləyir? - Baku TV

Dünya
14 aprel 2026 187 baxış
Seçilmişlər
icon