Peskovdan Blinkenə sərt reaksiya | Bu, utancvericidir ki...
“ABŞ nümayəndəsinin bu qədər utandırıcı və kobud bəyanat verəcəyinə inanmaq çətindir”.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ Dövlət katibi Entoni Blinkenin helikopter qəzasında ölən İran Prezidenti İbrahim Rəisi ilə bağlı açıqlamasını şərh edərkən deyib.
“Düzünü desəm, mən hələ bu açıqlamanı orijinalda görməmişəm. İnanmaq çətindir ki, diplomat, xüsusən də ABŞ kimi bir ölkənin yüksək rütbəli nümayəndəsi diplomatik baxımdan belə utandırıcı bəyanat verə bilər və mahiyyət etibarı ilə desək, bu, bütöv bir xalqa qarşı kobud bir ifadədir”, – D.Peskov bildirib.
Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken İran Prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı “Onun hakim və prezident kimi fəaliyyətini xatırlasaq və bir daha belə fəaliyyətlərdə iştirak edə bilməyəcəyini nəzərə alsaq, bəli, İran xalqı üçün daha yaxşısı oldu” deyib.
#ABŞ teqi istifadə olunub
- Ukrayna sülh sazişi üçün ərazi güzəştlərinə getməli olacaqmı? - Baku TV
- “Biz bunu Amerikanın böyüməsi kimi görürük” | Rubio 200 nəfərlə Səmərqəndə niyə getmişdi? - Baku TV
- ABŞ və Avropadakı etirazlar nə ilə fərqlənir? - 50 ştatda Trampa qarşı aksiyalar - Baku TV
- Kuba ABŞ-ni BMT-dəki səsverməyə müdaxilə etməkdə ittiham edib
- SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI
