Dünya
Pleyeri seçin:
Pezeşkiandan ABŞ-yə sərt cavab | Bizi təhdid edirlər, əgər bizim raketlərimiz olmasa...
“İran nüvə silahı əldə etmək niyyətində deyil, lakin ABŞ və Avropa onu təhdid edərək raket proqramlarını inkişaf etdirməkdən imtinaya məcbur edir”.
Bu sözləri İran Prezidenti Məsud Pezeşkian mətbuat konfransı zamanı deyib.
“Biz nüvə silahı əldə etməyə çalışmırıq. ABŞ və Avropa raket proqramlarını dayandırmağımız üçün bizi təhdid edir. Əgər bizim raketlərimiz olmasa, onlar Qəzza zolağına olduğu kimi bizə də bomba atacaqlar”, – deyə o bildirib.
Məlumat üçün bildirək ki, bu, M.Pezeşkianın İran Prezidenti olaraq keçirdiyi ilk mətbuat konfransıdır.
Kopyalandı
Seçilmişlər