Pleyeri seçin:

Pezeşkianın çıxışına sabiq nazirdən sərt reaksiya | Bu, millətə zərər vuracaq

31 mart 2025 731 baxış

İran Prezidenti Məsud Pezeşkianın Novruz bayramı çərçivəsində Qərbi Azərbaycan əyalətinin mərkəzi olan Urmiya şəhərinə səfəri zamanı Azərbaycan türkcəsində çıxış etməsi sabiq yol və şəhərsalma naziri Abbas Axundinin reaksiyasına səbəb olub.

“ArazNews” “Telegram” kanalı bildirir ki, A.Axundi bu barədə öz sosial media paylaşımında qeyd edib:

“Cənab M.Pezeşkian, anlayıram ki, siz Urmiyada böyümüsünüz və beş dönəm Təbrizin hörmətli millət vəkili olmusunuz. Ona görə də türkcə hesabat almaq sizin üçün tamamilə adi və təbiidir. Amma hazırda siz ölkənin Prezidentisiniz. Rəsmi tədbirlərdə yalnız dövlət dili olan farsca danışmalı və hesabat almalısınız. Bu məsələyə diqqətsizlik sonda millətə zərər vuracaq. Zəhmət olmasa, diqqətli olun”.

Prezident M.Pezeşkianın türk dilindən istifadəsi Güney Azərbaycanda müsbət qarşılanarkən, bəzi fars siyasi çevrələrində narahatlıq yaradıb. A.Axundinin bu çıxışı isə ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.

M.Pezeşkianın türkcə danışması bundan əvvəl də fars milliyyətçi çevrələrin narazılığına səbəb olmuşdu.

Maraqlıdır ki, Məsud Pezeşkianın başqa dillərdə danışması heç bir etiraza səbəb olmur, lakin o, türkcə danışdığı zaman dərhal tənqid hədəfinə çevrilir və ölkənin sabitliyinə təhlükə yarada biləcəyi ilə bağlı narahatlıqlar səsləndirilir.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 731 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 731 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 731 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 731 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 731 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 731 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 731 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 731 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 731 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 731 baxış
Seçilmişlər
icon