Pleyeri seçin:

Planetdə nələr yoxa çıxacaq? - Adi gözlə görə biləcəyik

09 dekabr 2024 512 baxış

Saturn planetinin halqaları 2025-ci ildə Yerdən müşahidə edənlərin gözündən iki dəfə itəcək.

Bu barədə Ka-Dar rəsədxanasının və astrofermanın elmi direktoru Stas Korotki bildirib.

Məlumata görə, Saturnun halqalarının tamamilə “yoxa çıxması” 2025-ci ildə iki dəfə – yaz və payızda baş verəcək.

“Məsələ burasındadır ki, bu planetin halqaları ilə eyni müstəvidə oluruq və bu zaman onları kənardan görürük, halqalar isə çox nazikdir – təxminən 30 metr qalınlıqda”, – deyə S.Korotki qeyd edib.

O əlavə edib ki, Yerdən Saturna qədər olan məsafə bir milyard kilometrdən çoxdur, ona görə də mahiyyət etibari ilə ən böyük teleskop vasitəsilə müşahidə olunsa belə, halqalar görünməyəcək.

Ekspertin sözlərinə görə, qarşıdan gələn hadisə nadir hallardandır və hər 15 ildən bir baş verir. Halqaların itməsi səkkiz ay fərqlə baş verəcək: 23 mart və 26 noyabr.

Qeyd edək ki, Saturn Günəşdən uzaqlığına görə altıncı, Günəş sistemində isə Yupiterdən sonra ikinci ən böyük planetdir. Nəhəng qaz planeti kimi təsnif edilir.

Planet Roma əkinçilik tanrısının şərəfinə Saturn adlandırılıb. Əsasən buz hissəciklərindən, eyni zamanda ağır elementlərdən və tozdan ibarət olan əhəmiyyətli bir halqa sisteminə malikdir. Saturnun ətrafında hazırda məlum olan 146 peyk fırlanır.

Banner
Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Dünya
02 noyabr 2026 512 baxış
Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Dünya
02 noyabr 2026 512 baxış
Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Dünya
02 noyabr 2026 512 baxış
Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Dünya
02 noyabr 2026 512 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Dünya
02 noyabr 2026 512 baxış
Taxıl dəhlizi yenidən açılacaq?

Taxıl dəhlizi yenidən açılacaq?

Dünya
02 noyabr 2026 512 baxış
Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Dünya
02 noyabr 2026 512 baxış
Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Dünya
02 noyabr 2026 512 baxış
Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI

Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI

Dünya
02 noyabr 2026 512 baxış
Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Dünya
02 noyabr 2026 512 baxış
Seçilmişlər
icon