Dünya
Pleyeri seçin:
Polşanın Baş nazirindən Ukrayna ilə bağlı vacib paylaşım
Qarşıdakı həftələr Ukraynadakı münaqişə və Qərbin gələcəyi üçün həlledici olacaq.
Bu barədə Polşanın Baş naziri Donald Tusk özünün “X” hesabında yazıb.
“Növbəti həftələr təkcə Ukraynadakı müharibə üçün deyil, həm də gələcəyimiz üçün həlledici olacaq”, – deyə o paylaşım edib.
Bundan əlavə, Polşa hökumətinin başçısı Qərb ölkələrini Rusiya rəhbərliyi ilə telefon diplomatiyası qurmağa cəhd etdiklərinə görə tənqid edib.
“Bu danışıqlar Ukraynaya Qərbin real dəstəyini əvəz edə bilməz”, – deyə Donald Tusk bildirib.
Qeyd edək ki, Kremlin Mətbuat Xidmətinin verdiyi məlumata görə, Almaniya kansleri Olaf Şoltsla Rusiya Prezidenti Vladimir Putin arasında noyabrın 15-də Almaniya tərəfinin təşəbbüsü ilə telefon danışığı baş tutub.
Kopyalandı
Seçilmişlər