Putin Ermənistana nə vaxt səfər edəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Kremlin sözçüsü Dmitri Peskov Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin Ermənistanda mümkün həbsi ilə bağlı verdiyi açıqlamasına reaksiya verib.
Bildirib ki, əgər Moskva İrəvandan müəyyən təminatlar alarsa, Rusiya lideri Ermənistana səfər edə bilər:
“Ermənistanın beynəlxalq statusa qoşulması ilə bağlı yeni reallıq münasibətlərimizə mənfi təsir göstərməyə bilməz. Erməni tərəfdaşlardan müəyyən təminatlar almaq vacibdir. Bu məsələ ikitərəfli dialoq çərçivəsində həll edilməlidir ki, biz də buna köklənmişik”.
Xatırladaq ki, hökumət rəhbəri Nikol Paşinyan fevralın 11-də “The Telegraph” nəşrinə müsahibə verib. O, jurnalistin “Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfər edəcəyi təqdirdə həbs olunacaqmı” sualına “Kimin həbs edilib, kimin həbs olunmamasına Baş nazir qərar vermir”, – deyə cavab verib.
Məlumat üçün onu da bildirək ki, Ermənistan parlamenti 2023-cü ildə Roma statutunu qeyd-şərtsiz ratifikasiya edib. Sözügedən beynəlxalq qanunvericilik aktına əsasən, Rusiya lideri Ermənistan ərazisinə daxil olduğu təqdirdə həbs edilməlidir.
#Dmitri Peskov teqi istifadə olunub
- Avropa sülh danışıqlarında niyə iştirak etməyəcək? | Dmitri Peskovdan açıqlama - Baku TV CANLI
- Peskov Əbu-Dabidəki görüşlə bağlı detalları açıqlayıb
- Peskovdan müharibə barədə açıqlama | "Rusiya bütün gücü ilə döyüşə davam edəcək" - Baku TV
- "Putin bunu bilir ki..." | NATO və Rusiya arasında qalan Kalininqradın taleyi necə olacaq? - Baku TV
- Rusiyalı nüvə mütəxəssisləri İrana niyə qayıdıb? - Baku TV
