Pleyeri seçin:

Putin Ermənistanla bağlı hərəkətə keçdi | Ermənistan üzrə kurator kim oldu?

16 aprel 2025 971 baxış

Ötən günlərdə Rusiya hökumətinin Ermənistan üzrə kuratoru dəyişib. Bundan sonra Ermənistan istiqamətini Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini, keçmiş baş nazir Sergey Kiriyenko koordinasiya edəcək.

Bu barədə “Past” qəzeti yazır.

Erməni nəşrinin fikrincə, yeni təyinat simvolik və önəmlidir, Rusiya lideri Vladimir Putinin Ermənistanla ciddi məşğul olmağa başladığını göstərir:

“Çünki S.Kiriyenko V.Putinin ən etibarlı tərəfdarlarından biri hesab edilir, adətən ona ən vacib istiqamətlər həvalə olunur. İndi də onun təyinatı Kreml üçün Ermənistan istiqamətinin ciddiləşdiyini göstərir.

Moskva keçmiş koordinatordan narazı idi, çünki Ermənistan faktiki olaraq Kremlin nəzarətindən çıxıb və dost olmayan dövlətə çevrilib. Kremlin bəyanatlarında Ermənistan hələ də Avrasiya İqtisadi Birliyi və KTMT-nin üzvü, müttəfiq olsa da, fakt budur ki, İrəvana açıq mənfi münasibət var. S.Kiriyenkonun qarşısında bu durumu düzəltmək kimi çətin bir vəzifə durur”.

“Past” xatırladır ki, əvvəllər Ermənistan istiqaməti həm də Rusiya Xarici Kəşfiyyat Xidməti tərəfindən koordinasiya olunurdu:

“Amma bu qurum təkcə Ermənistan yox, Ukrayna və Moldovada da öz işində uğursuzluqla üzləşdiyi üçün tənqid edilirdi. İndi bu, Federal Təhlükəsizlik Xidmətinə təhvil verilib. Rusiya Xarici İşlər Nazirliyinin rolu xeyli azalıb, çünki Sergey Lavrov da bir sıra uğursuz fəaliyyətlərinə görə reputasiyasını itirib. Nikol Paşinyan hökuməti yeni hadisələrdən xəbərdardır”.

Banner
İtaliyada nə baş verir? | Aksiyaların miqyası genişlənir - Baku TV CANLI

İtaliyada nə baş verir? | Aksiyaların miqyası genişlənir - Baku TV CANLI

Dünya
22 oktyabr 2026 971 baxış
Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI

Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI

Dünya
22 oktyabr 2026 971 baxış
Ukrayna böyük geosiyasi razılaşmanın qurbanına çevrilir? - AKTUAL GÜNDƏM

Ukrayna böyük geosiyasi razılaşmanın qurbanına çevrilir? - AKTUAL GÜNDƏM

Dünya
22 oktyabr 2026 971 baxış
Kuba ABŞ-ni BMT-dəki səsverməyə müdaxilə etməkdə ittiham edib

Kuba ABŞ-ni BMT-dəki səsverməyə müdaxilə etməkdə ittiham edib

Dünya
22 oktyabr 2026 971 baxış
SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI

SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI

Dünya
22 oktyabr 2026 971 baxış
Vaşinqton və Təl-Əviv Tehran üçün nə hazırlayır? - Baku TV CANLI

Vaşinqton və Təl-Əviv Tehran üçün nə hazırlayır? - Baku TV CANLI

Dünya
22 oktyabr 2026 971 baxış
Davam edən etirazlar fonunda Fransa hökuməti daha gərgin günlərə hazırlaşır - Baku TV

Davam edən etirazlar fonunda Fransa hökuməti daha gərgin günlərə hazırlaşır - Baku TV

Dünya
22 oktyabr 2026 971 baxış
"Uşaqların rifahına investisiya" sammitində təhsil və səhiyyəyə əlçatanlıq müzakirə edilir - Baku TV

"Uşaqların rifahına investisiya" sammitində təhsil və səhiyyəyə əlçatanlıq müzakirə edilir - Baku TV

Dünya
22 oktyabr 2026 971 baxış
Çökən binanın dağıntıları altından çıxarılan şəxslərdən biri xilas edilə bilməyib

Çökən binanın dağıntıları altından çıxarılan şəxslərdən biri xilas edilə bilməyib

Dünya
22 oktyabr 2026 971 baxış
Asteroid təhlükəsinə qarşı nüvə qurğularından istifadə ideyası yenidən diqqət mərkəzindədir

Asteroid təhlükəsinə qarşı nüvə qurğularından istifadə ideyası yenidən diqqət mərkəzindədir

Dünya
22 oktyabr 2026 971 baxış
Seçilmişlər
icon