Putin Ukrayna məsələsində güzəştə gedəcək?
“Rusiya Prezidenti Vladimir Putin Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üzrə danışıqlar çərçivəsində güzəştlərə gedəcək”.
Bunu ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərindən Vaşinqtona gedərkən jurnalistlərin suallarını cavablandırarkən deyib.
Prezident Volodimir Zelenski ilə Ukrayna məsələsi ilə bağlı söhbətinə toxunan Donald Tramp müharibənin başa çatmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, münaqişə təkcə maliyyə məsələsi deyil, həm də ciddi insan itkiləri ilə müşayiət olunur.
“Bəzi vaxtlar Putin razılaşmaq istəmirdi, bəzi vaxtlar isə Zelenski. Bu vəziyyət müxtəlif dövrlərdə dəyişirdi. İndi isə düşünürəm ki, hər iki tərəf razılaşma istəyir. Nəticəni görəcəyik”, – deyə Tramp bildirib.
Qeyd edək ki, Moskvada Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner arasında görüş də keçirilib.
#Donald Tramp teqi istifadə olunub
- Sülh masasında gərginlik | Putin dəvəti qəbul etmədi? - Baku TV
- Tramp Netanyahu ilə nələri müzakirə etdi? | Ağ Evdə görüş 3 saat davam edib - Baku TV
- Qalmaqallı FBI sənədləri: Tramp polislərə Epşteyn barədə nə deyib? - Baku TV
- Tramp və Zelenski sazişi uyğun bir vaxtda imzalayacaqlar | Metyu Uitaker - Baku TV
- "Bu dəhliz Asiya ilə Avropanı bir-birinə birləşdirəcək" | İlham Əliyev - Baku TV
