Pleyeri seçin:

Putin Zelenski ilə görüşə niyə getmədi? | Britaniya mediasından qalmaqallı sözlər

15 may 2025 569 baxış

Məlum olduğu kimi, Ukrayna Prezidenti Volodimir Zelenski müharibə ilə bağlı danışıqlar aparmaq üçün Türkiyənin paytaxtı Ankaraya gedib.

Görüşdə əvvəlcə Rusiya Prezidenti Vladimir Putinin də iştirak edəcəyi deyilsə də, Rusiya lideri danışıqlara köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyətini göndərib.

Britaniya mediası V.Putinin Türkiyəyə sui-qəsd qorxusuna görə gəlmədiyini iddia edib. Kreml lideri Vladimir Putinin Ukraynadakı uğursuz müharibəyə görə yaxın gələcəkdə hakimiyyətini itirə biləcəyi deyilir.

Qərb kəşfiyyat ekspertləri V.Putinin “ölü gəzən” vəziyyətdə olduğunu və sui-qəsd təhlükəsi altında yaşadığını bəyan ediblər. Qeyd edilir ki, 72 yaşlı V.Putin təhlükəsizlik tədbirlərini artırdıqca onun siyasi zəifliyi cəmiyyətdə özünü daha qabarıq göstərir.

V.Putinin fövqəladə təhlükəsizlik tədbirləri gördüyü və Kremldəki mühafizə olunan anklavını nadir hallarda tərk etdiyi bildirilir.

Məlumata görə, o, daim Ukrayna, anti-Kreml dissidentləri və ya yaxın çevrəsinin təhdidlərinə qarşı ehtiyatdadır.

Britaniyanın tanınmış hərbi ekspertlərindən biri, polkovnik Hamiş de Bretton-Qordon mövzu ilə bağlı deyib:

"V.Putinin İstanbula gedib V.Zelenski ilə görüşmək ehtimalı yoxdur. O, təhlükədə ola biləcəyindən və ya müharibə cinayətlərinə görə həbs oluna biləcəyindən narahatdır".

Etibarlı mənbələrin məlumatına görə, V.Putinin paranoyası o həddə çatıb ki, lider ən azı iki dublyordan istifadə edir.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 569 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 569 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 569 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 569 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 569 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 569 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 569 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 569 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 569 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 569 baxış
Seçilmişlər
icon