Putindən BRICS Biznes Forumunda önəmli açıqlamalar
Yeniliklərdən dərhal xəbərdar olun
"BRICS ölkələrinin dünya ümumi daxili məhsulundakı (ÜDM) payı artıq "Böyük yeddiliy"in (G7) göstəricisini üstələyir və artmağa davam edir".
Bunu Rusiya Prezidenti Vladimir Putin BRICS Biznes Forumunda çıxışı zamanı bildirib.
"Məsələn, baxın. 1992-ci il: "Böyük yeddilik" – 45,5%, eyni ildə BRICS ölkələri – dünya ÜDM-in 16,7%-i. Bəs indi? Bizim birliyimiz – 37,4%, "Böyük yeddilik" isə – 29,3% və fərq artır. Bu qaçılmazdır", – deyə Rusiya lideri qeyd edib.
V.Putin vurğulayıb ki, BRICS qlobal iqtisadiyyatda əhəmiyyətli rol oynayır.
"Birliyimizə daxil olan ölkələr, əslində, dünya iqtisadi artımının hərəkətverici qüvvələridir. Məhz BRICS-də yaxın gələcəkdə qlobal ÜDM-in əsas artımı yaranacaq", – deyə Rusiya Prezidenti bildirib.
#Vladimir Putin teqi istifadə olunub
- Putin danışıqların Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib
- Müctəba Xamenei Putinə hərbi müraciət edib? - Moskva Tehrana nə deyəcək? - Baku TV CANLI
- Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM
- Xameneinin məktubu Putinə çatdırıldı | Tehrandan Moskvaya gizli mesaj? - Baku TV
- Zelenski Putinlə danışmaqdan niyə imtina etdi? | İran uzun savaşa hazırdır? - YENİ BİR SƏHƏR
