Putindən "Oreşnik" raketi ilə bağlı mühüm açıqlama | Bütün hədəfləri darmadağın edən silah
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu yaxınlarda “Oreşnik”in seriyalı istehsalına başlanılacaq”.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin dekabrın 16-da Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib.
“Bildiyiniz kimi, “Oreşnik” ortamənzilli raketlərdən cari ilin noyabr ayında Qərbin Rusiya regionlarına endirdiyi hücumlara cavab olaraq istifadə olunub. Bu raketlərin seriyalı istehsalında məqsəd ölkəmizin və müttəfiqlərimizin təhlükəsizliyini qorumaqdır”.
Qeyd edək ki, “Oreşnik” yüksək dəqiqlikli silah olmaqla yanaşı, bütün Avropada hədəfləri vurmağa qadir mobil yer kompleksidir. “Oreşnik” raketləri hədəflərə 10 Max sürəti ilə hücum edir. Bu, saniyədə 2,5-3 kilometr deməkdir. Hazırda dünyada “Oreşnik”in qarşısını almaq üçün heç bir vasitənin, Hava Hücumundan Müdafiə Sisteminin olmadığı bildirilir.
#Rusiya teqi istifadə olunub
- Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək
- Putin danışıqların Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib
- Müctəba Xamenei Putinə hərbi müraciət edib? - Moskva Tehrana nə deyəcək? - Baku TV CANLI
- Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV
- Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI
