Pleyeri seçin:

Putinin “Kinjal”ı Trampın “Patriot”una uduzur? - Rusiya lideri hamını təəccübləndirdi

21 iyul 2025 480 baxış

“Say barədə hələ razılaşmamışıq, amma Ukraynaya “Patriot” sistemləri göndəriləcək, çünki müdafiəyə ehtiyacları var. Bu komplekslərin pulunu biz yox, Avropa İttifaqı ödəyir. Vladimir Putin hər kəsi təəccübləndirir. Səhər yaxşı danışır, axşam düşən kimi hamını bombalayır. Bu isə mənim xoşuma gəlmir”.

Bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib.

Qeyd edək ki, Ukraynaya hansı “Patriot” sistemlərinin göndəriləcəyi məlum deyil. Sistem 150 kilometr məsafədə istənilən obyekti vura bilir. 2023-cü ildə ABŞ Ukrayna Ordusunun “Patriot” vasitəsilə Rusiyanın “Kinjal” raketini vurduğu barədə məlumatı təsdiqləyib.

ABŞ, Almaniya, Polşa, Ukrayna, Yaponiya, Qətər, Səudiyyə Ərəbistanı və Misir də daxil olmaqla indiyədək 19 ölkəyə “Patriot” kompleksləri çatdırılıb. Kompleksin qiyməti 1 milyard dollardan artıqdır. 400 milyon dollar sistem, 690 milyon isə raketlərin ümumi dəyəridir. Raketlərin hər biri 4 milyon dollara satılır.

Bu sistem aviabombalar atılan, PUA və raket hücumlarına məruz qalan Ukrayna üçün hava və su kimi lazımlıdır. Çünki Rusiya mülki və strateji obyektləri hədəf alır. Raket və təyyarələrin vurulmasında “Patriot” əhəmiyyətli sayılsa da, 1000 dollarlıq PUA-nı məhv etmək üçün 4 milyonluq raketdən istifadə sərf etmir.

Rusiya “Patriot” raket sistemlərinin Ukraynaya tədarükünü eskalasiya sayır. Bu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın fikrincə, bu proses sülhün əldə olunmasına mane olacaq.

Artan mənfəət fonunda neft şirkətlərinə vergi tətbiq oluna bilər

Artan mənfəət fonunda neft şirkətlərinə vergi tətbiq oluna bilər

Dünya
23 avqust 2026 480 baxış
250 mindən çox abonent elektrik enerjisiz qaldı

250 mindən çox abonent elektrik enerjisiz qaldı

Dünya
23 avqust 2026 480 baxış
Uzunqulaqlar yanğınlara qarşı necə mübarizə aparır?

Uzunqulaqlar yanğınlara qarşı necə mübarizə aparır?

Dünya
23 avqust 2026 480 baxış
Rusiya ordusu Kiyev və Zaporojyeyə zərbə endirdi - Baku TV CANLI

Rusiya ordusu Kiyev və Zaporojyeyə zərbə endirdi - Baku TV CANLI

Dünya
23 avqust 2026 480 baxış
İsveçdə məktəb hücumundan sonra istintaq yeni təfərrüatları üzə çıxardı - Baku TV CANLI

İsveçdə məktəb hücumundan sonra istintaq yeni təfərrüatları üzə çıxardı - Baku TV CANLI

Dünya
23 avqust 2026 480 baxış
Almaniya uzaqmənzilli arsenalını genişləndirir

Almaniya uzaqmənzilli arsenalını genişləndirir

Dünya
23 avqust 2026 480 baxış
"İstənilən neft ixrac marşrutuna hücuma hazırıq" | İrandan sərt xəbərdarlıq

"İstənilən neft ixrac marşrutuna hücuma hazırıq" | İrandan sərt xəbərdarlıq

Dünya
23 avqust 2026 480 baxış
Regionda gərginlik artır | Tehrandan yeni xəbərdarlıq - Baku TV CANLI

Regionda gərginlik artır | Tehrandan yeni xəbərdarlıq - Baku TV CANLI

Dünya
23 avqust 2026 480 baxış
Rusiya-Ukrayna cəbhəsində qarşılıqlı zərbələr davam edir

Rusiya-Ukrayna cəbhəsində qarşılıqlı zərbələr davam edir

Dünya
23 avqust 2026 480 baxış
Rusiya sülh danışıqlarına hansı şərtlə hazırdır? | Putindən Kiyevə xəbərdarlıq - Baku TV

Rusiya sülh danışıqlarına hansı şərtlə hazırdır? | Putindən Kiyevə xəbərdarlıq - Baku TV

Dünya
23 avqust 2026 480 baxış
Seçilmişlər
icon