Putinin köməkçisi açıqladı | Rusiya və ABŞ liderləri hansı məsələləri müzakirə edəcək? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp Çindəki APEC sammitində planlaşdırılan ikitərəfli görüşdə Moskva ilə Kiyev arasında münaqişəsinin nizamlanması üzrə müzakirəni davam etdirmək niyyətindədirlər.
Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, Donald Tramp bu münaqişənin həllinə şəxsən diqqət yetirir.
"APEC sammiti çərçivəsində Donald Trampla planlaşdırılan görüş zamanı münaqişənin nizamlanması ilə bağlı bütün məsələlər kompleksi üzrə müzakirələr, təbii ki, davam etdiriləcək", – deyə Uşakov bildirib.
Vladimir Putinin köməkçisi həmçinin qeyd edib ki, tərəflər APEC sammiti çərçivəsində baş tuta biləcək Rusiya, ABŞ və Çin liderlərinin mümkün görüşünün məzmunu üzərində fəal işləyirlər.
"Hazırda onun məzmun baxımından zənginləşdirilməsi üzrə fəal iş gedir", – deyə Rusiya liderinin köməkçisi bildirib.
Qeyd edək ki, APEC-in 33-cü qeyri-rəsmi görüşü 2026-cı il noyabrın 18-19-da Çinin Quandun əyalətinin Şençjen şəhərində keçiriləcək.
#Vladimir Putin teqi istifadə olunub
- "Azərbaycan da bununla heç vaxt razılaşmaz" | Moskvanın NATO ilə bağlı tələbləri nədir? - Baku TV
- İlham Əliyev Paşinyanla görüşdü | Trampın xüsusi nümayəndələri Putinin qəbulunda - YENİ BİR SƏHƏR
- Rusiya Ukraynanın atəşkəs təklifinə nə cavab verəcək? - Baku TV CANLI
- Kritik təklif: Putin bununla razılaşsa, Ukrayna üçün nələr dəyişəcək? - Baku TV CANLI
- Putin danışıqların Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib
